"Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstan dövlətinə səfəri mühüm hadisədir. Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.Parlament üzvünün sözlərinə görə, Azərbaycan-Yunanıstan münasibətlərinin müəyyən tarixi kökləri var: "İki ölkə arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Yunanıstanın böhrandan çıxarılmasında enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayan ölkədir. Hesab edirəm ki, cənab Prezidentin səfəri iki ölkə arasında qarşılıqlı münasibətlərdə yeni bir səhifə açacaq".Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Yunanıstan dövlətinə səfər edib. Prezident İlham Əliyevi Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
sia.az