PDF Oxu

Siyasət

  • 32

Rasim Musabəyov: “Ermənilərin Bakıya səfərində məqsəd meydanı boş buraxmamaq idi”

Rasim Musabəyov: “Ermənilərin Bakıya səfərində məqsəd meydanı boş buraxmamaq idi”

"Bu ermənilərin ənənəvi mənfi və təbliğat xarakterli münasibətləridir". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Bakıda ötən gün NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarında ermənilərin özlərinə haqq qazandırmasına münasibət bildirərkən deyib.Politoloq hesab edir ki, ermənilər hər vəchlə çalışırlar ki, konkret məsələlərdən boyun qaçırsınlar: "Düşünürəm ki, onların bu cür yanaşması gözlənilən idi. Əsas o idi ki, həmin tədbirdə təmsil olunan ayrı-ayrı ölkələrin nümayəndələri bunların əsl sifətini görsün. Onların Bakıya səfərlərində də əsas məqsəd o idi ki, meydanı boş buraxmasınlar".Qeyd edək ki, Ermənistan parlamentinin seminarda iştirak edən üzvü Tevan Poqosyanın Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması barədə harada yazıldığı barədə sualına cavab olaraq azərbaycanlı vitse-spiker Ziyafət Əsgərov BMT TŞ tərəfindən qəbul edilmiş qətnamələrin mətnlərində Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini dərhal tərk etmələri barədə müddəalarını bir-bir oxuyub: "Bəs sizə nə lazımdır? Sizə erməni xalq mahnısı lazımdır? Bu BMT-nin sənədidir".

sia.az

Digər xəbərlər