PDF Oxu

Siyasət

  • 21

Hindistan səfiri: “Azərbaycan-Hindistan arasında böyük dostluq əlaqələri mövcuddur”

Hindistan səfiri: “Azərbaycan-Hindistan arasında böyük dostluq əlaqələri mövcuddur”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutu və Azərbaycan Gənc Diplomatlar Birliyinin birgə təşkilatçılığı ilə "Auditoriyada səfirdir" layihəsi çərçivəsində 5-ci görüş keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində bakalavr, magistr, doktorontlar və dövlət, özəl qurumların gənc əməkdaşları iştirak edib. Lahihə çərçivəsində gənc diplomatların qonağı Hindistan Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar olub.Tədbiri giriş sözü ilə açan AGDB-nin baş katibi Eltun İbrahimov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ilin əvvəlindən start verilən layihə çərçivəsində artıq bir neçə ölkənin səfirləri və tanınmış iş adamları ilə görüşlər keçirilib, bir neçə ölkənin səfirləri və iş adamları ilə isə görüş üçün razılıq əldə olunub. Eltun İbrahimov çıxışı zamanı bildirib ki, AGDB iyul ayı ərzində Qazaxıstan Respublikasında TÜRKPA ilə birgə böyük bir beynəlxalq layihə həyata keçirməyi planlaşdırır ki, bu layihə Türkdilli ölkələrin gəncləri, xüsusi ilə də Qazaxıstan-Azərbaycan gəncləri arasında böyük bir şəbəkənin yaranmasına təkan verəcək, bu ölkələrdə Azərbaycan həqiqətlərinin və zəngin mədəni dəyərlərin geniş təbliğinə, ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan dəyərlərin önəmliliyini və regional inkişafın birgə əməkdaşlıq resurslarından maksimum yararlanmağın zəruriliyini ictimaiyyətə çatdırmaq və geniş gənclər auditoriyasında müzakirə etməklə dostluq əlaqələrinin inkişafına töhvə verməkdir.Daha sonra Hindistan Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar deyib ki, neçə əsrlərdir Azərbaycan-Hindistan dövlətləri arasında böyük dostluq əlaqələri mövcuddur: "Bizim bu gün Azərbaycanla mədəni, maliyyə sahəsində və s. əlaqələrimiz var. Ümumiyyətlə, Hindistanda tələbələrin bilik səviyyəsi çox yüksəkdir. Hətta deyə bilərəm ki, Hindistanda bir neçə texnoloji universitetlər mövcuddur. Buna misal olaraq göstərə bilərəm ki, məşhur "Microsoft" şirkətinin əsas mərkəzi Hindistanda yerləşir və dünya oradan idarə olunur. Təbii ki, Azərbaycanda da bu kimi yüksək texnolji universitetlər var".Tədbirin moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov səfirə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində bakalavr, magistr, doktorontlar və dövlət, özəl qurumların gənc əməkdaşları ilə görüşə razılıq verdiyinə görə təşəkkürünü bildirib.Görüşə sual-cavab əsasında yekun vurulub.

sia.az

Digər xəbərlər