Bu gün Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, iki gün davam edəcək forum çərçivəsində Forumun plenar iclasının keçirilməsi, rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə əməkdaşlığın müxtəlif sahələri üzrə dəyirmi masaların təşkili nəzərdə tutulur.Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və KİV nümayəndələri iştirak edir.Forumun yekun plenar iclasının sonunda Azərbaycan və Rusiya Federasiyası arasında sənədlər imzalanacaq.
sia.az