PDF Oxu

Siyasət

  • 24

Cəbrayıl sahibkarları maliyyələşdiriləcək

Cəbrayıl sahibkarları maliyyələşdiriləcək

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Biləsuvar rayonu ərazisində 4 saylı qəsəbədə müvəqqəti məskunlaşmış Cəbrayıldan olan məcburi köçkünlərlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.SKMF-dan SİA-ya verilən məlumata görə, forum çərçivəsində məcburi köçkünlərlə mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb və fond tərəfindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması; pendir istehsalı və tikişçilik müəssisələrinin yaradılması; kiçik çörək və şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması.Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dan əldə edə bilərlər. Onların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər

sia.az

Digər xəbərlər