PDF Oxu

Siyasət

  • 26

Tovuzda dövlət qulluqçularının peşə bayramı qeyd olunmuşdur

Tovuzda dövlət qulluqçularının peşə bayramı qeyd olunmuşdur

Tovuzda dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, rayonda çalışan dövlət qulluqçuları tədbirdən əvvəl Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsi önünə tər çiçək dəstələri qoymuşlar.

Mərasimdə çıxış edənlər Azərbaycanın müstəqil bir dövlət kimi təşəkkül tapmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs etmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu və ümumilikdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan bəhs edərək bildirmişlər ki, respublikamız artıq dünyanın inkişaf etmiş dövlətləri sırasında öz layiqli yerini tutmuşdur.

Sonra mərasim iştirakçıları rayonun mərkəzindəki Heydər Əliyev Mərkəzini ziyarət etmiş, burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olmuş və Ümummilli Liderə həsr olunmuş sənədli filmə baxmışlar.

Tədbirin sonunda dövlət qulluqçuları Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkli çəkdirmişlər.

AzərTAc

Digər xəbərlər