PDF Oxu

Siyasət

  • 15

Siyavuş Novruzov: “Hesab edirəm ki, bu forum gələcəkdə də davam olunmalıdır”

Siyavuş Novruzov: “Hesab edirəm ki, bu forum gələcəkdə də davam olunmalıdır”

"Hesab edirəm ki, bu forum çox böyük əhəmiyyətə malikdir. Burada xeyli sayda insanlar, iş adamları, ayrı-ayrı şəhərlərin, vilayətlərin qubernatorları iştirak edir. Azərbaycandan bu foruma icra hakimiyyətlərinin başçıları qatılıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu gün Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumuna münasibət bildirərkən deyib.YAP İcra katibi müavininin sözlərinə görə, bu foruma bir neçə müddətdir ki, (bir dəfə Rusiya, indi isə Azərbaycanda) start verilib. Forumda müxtəlif məsələlər – qarşılıqlı biznes, iqtisadi-siyasi, eləcə də regionların bir-biri ilə olan əlaqələri müzakirə olunur. Təbii ki, bu da insanların bir-birinə yaxınlaşmasına xidmət edir. İki gün ərzində burada bir sıra məsələlər müzakirə olunur ki, hansı ki həmin məsələlər də (Azərbaycan-Rusiya üçün) öz vacibliyi ilə seçilir. Çünki orada müxtəlif suallar qoyulur və suallara da cavablar tapılır. Hesab edirəm ki, bu forum gələcəkdə də davam etdirilməlidir".

sia.az

Digər xəbərlər