PDF Oxu

Siyasət

  • 36

Zakir Həsənov: "Azərbaycanda ikinci Ermənistan dövləti yaradılmayacaq sözləri bizim devizimizdir"

Zakir Həsənov: "Azərbaycanda ikinci Ermənistan dövləti yaradılmayacaq sözləri bizim devizimizdir"

"Düşmən hiss etməlidir ki, siz hər zaman onlardan üstünsünüz. Prezident İlham Əliyevin "Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaradılmayacaq" sözləri bizim devizimizdir". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycanın hərbi tədris müəssisələrinin məzunlarının buraxılış mərasimində çıxışı zamanı deyib.Nazir deyib ki, hər gün cəbhə xəttində atəş səsləri eşidilir: "Ancaq Silahlı Qüvvələrimizin bölmələri bunları aşkarlayır və qarşısını alır. Əziz valideyinlər bu gün arzularınız çin olub. Qoy övladlarınız xoşbəxt olsun. Bu gün Azərbaycanda ordu quruculuğu inkişaf edir və bu proses bundan sonra da davamlı olacaq.Bu ilin mart ayında Azərbaycan Ali Hərbi Məktəbinə Ümummilli Lider Heydər Əliyevin adının verilməsinin 10 ili tamam olur. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev demişkən Ulu Öndərin bütün fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən ibarət idi. Hərbi büdcəmiz ildən-ilə artır. Mən bu təntənəli buraxılış mərasimində fəaliyyət göstərən şəxsləri, o cümlədən məzunların valideyinlərini ürəkdən təbrik edirəm və vətənə layiqli övlad olmasını arzu edirəm".

sia.az

Digər xəbərlər