PDF Oxu

Siyasət

  • 24

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü Gürcüstanda qeyd edilmişdir

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü Gürcüstanda qeyd edilmişdir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Tbilisidə tədbir keçirilmişdir.

Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun, bu ölkə parlamentinin və hökumətinin, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri mərasimdə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Gürcüstandakı hərbi attaşesi İlham Əkbərov Azərbaycan Silahlı Qüvvələrinin yaranması tarixi, inkişaf yolu barədə ətraflı məlumat vermişdir.

Attaşe qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə ordu quruculuğunu, Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlamışdır. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində Silahlı Qüvvələr modernləşdirilmiş və bölgənin ən güclü ordusuna çevrilmişdir.

İ.Əkbərov Azərbaycan-Gürcüstan münasibətlərinin, hər sahədə olduğu kimi, hərbi sahədə də inkişaf etdirildiyini diqqətə çatdırmışdır.

Gürcüstanın müdafiə naziri İrakli Alasania əlamətdar gün münasibətilə dost Azərbaycanı təbrik etmişdir. O demişdir ki, Azərbaycan Ordusu inkişaf yolundadır və ölkənin ərazi bütövlüyünün təmin olunmasına qadirdir.

AzərTAc

Digər xəbərlər