Azərbaycanın Qəbələ şəhərində "Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları" mövzusunda V Azərbaycan-Rusiya Regionlararası Forumu işini davam etdirir.
AzərTAc xəbər verir ki, forumun ikinci günü iştirakçılar aqrar sahədə əməkdaşlığın genişlənməsinin, Azərbaycan ilə Rusiya arasında bank işi sahəsində qarşılıqlı əlaqələrin və sahibkarların əməkdaşlığının inkişafının əsas istiqamətlərini müzakirə edəcəklər.
Bu gün iki ölkənin hökumət qurumları və özəl şirkətləri arasında 10 sənədin, habelə Rusiya Federasiyasının bəzi subyektləri ilə sazişlərin imzalanması nəzərdə tutulur.
AzərTAc