PDF Oxu

Siyasət

  • 23

Ermənilərin türk dünyasına qarşı törətdikləri soyqırımılarl Malatyada nümayiş olundu

Ermənilərin türk dünyasına qarşı törətdikləri soyqırımılarl Malatyada nümayiş olundu

Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Beynəlxlaq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) ortaq həyata keçirdiyi fəaliyyətlər davam etməkdədir.Mərkəzdən SİA-ya verilən xəbərə görə, bu günlərdə hər iki təşkilatın birgə təşkilatçılığı ilə Türkiyənin Malatya şəhərində ermənilərin türk dünyasına qarşı soyqırımını özündə əks etdirən fotosərgi nümayiş edilib. Fotosərgidə Azərbaycanın Qarabağ bölgəsində və 1915-1918-ci illərdə Türkiyənin Şərq və Cənub Şərq bölgəsində erməni canilərinin türklərə qarşı həyata keçirdikləri qətliamlar haqqında məlumat verilir.Malatyanın Abdulla Gül parkında təşkil olunan sərgiyə şəhər ictimaiyyətinin nümayəndələri ziyarət edib. Onlar arasında şəhər valisi, Mədəniyyət və Turizm müdiri və bir çox rəsmi şəxslər iştirak edib. Malatyada fəaliyyət göstərən QHT-lər və Türkiyənin aparıcı siyasi partiyalarından olan Milliyətçi Hərəkat Partiyasının (MHP) Malatya şəhər rəhbərliyi də sərgiyə xüsusi maraq göstəriblər.Xüsusi olaraq bildirmək istəyirik ki, Türkiyənin Malatya şəhəri erməni lobbisinin fəallıq göstərdiyi bölgələrdən biridir və erməni qəzeti olan "Agos"-un öldürülmüş baş redaktoru Hrant Dink burada anadan olub.BDM və ASİM-DER ermənilərin qondarma soyqırım iddialarına cavab olaraq həqiqi erməni iç üzünü dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif ölkələrdə tanıtım sərgiləri və konfransları keçirməyə davam edəcək.

sia.az

Digər xəbərlər