PDF Oxu

Siyasət

  • 19

Aydın Mirzəzadə: "Azərbaycan Prezidentinin AŞPA-dakı çıxışı öz məzmun yükü ilə çox dəyərli idi"

Aydın Mirzəzadə: "Azərbaycan Prezidentinin AŞPA-dakı çıxışı öz məzmun yükü ilə çox dəyərli idi"

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin AŞPA-dakı çıxışı öz məzmun yükü ilə çox dəyərli idi". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasında etdiyi məzmunlu çıxışına münasibət bildirərkən deyib.

A.Mirzəzadə qeyd edib ki, Prezidentin beynəlxalq təşkilata Azərbaycanda gedən proseslərlə bağlı verdiyi geniş məlumat, AŞPA Nazirlər Şurasının sədri kimi götürdüyü məsuliyyəti qiymətləndilirməsi bütün politoloji tələblərə cavab veriridi: "Verilən suallara verdiyi cavablar isə auditoriya qarşısında ciddi və demokratik əqidəli bir siyasi xadimin durduğuna dəlalət edirdi. Onun Azərbaycanın demokratik cəmiyyət quruculuğunda qazandığı nailiyyətlər barəsində dedikləri real faktlara əsaslanırdı və orda iştirak edən xarici ölkə depuatatlarının bir qismi ölkəmizə səfər zamanı özləri bunun şahidi olmuşdular".

Millət vəkili əlavə edib ki, cənab Prezidentin bəzi ermənistanpərəst deputatların verdiyi provokasiyalı suallara cavabları da qətiyyətli və həqiqətə söykənən idi: "Təcrübəli bir siyasətçi kimi cənab İlham Əliyev suallardan qaçmayaraq onlara layiqli cavab verirdi. Təsadüfi deyil ki, sual-cavabdan sonra bir çoxları ona yaxılaşaraq onunla qürur duyduqlarını bildirirdilər. Cənab İlham Əliyev Strasburqdakı çıxışı ilə növbəti dəfə Azərbaycan milli maraqlarını yüksək səviyyədə qoruduğunu və Azərbyacanın dünyanın ayrılmaz bir hissəsi olduğunu sübut etdi".

sia.az

Digər xəbərlər