PDF Oxu

Siyasət

  • 20

Azərbaycanın əldə etdiyi uğurlar yüksək qiymətləndirilib

Azərbaycanın əldə etdiyi uğurlar yüksək qiymətləndirilib

İyunun 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva Subregional Bürosunun direktoru xanım Dmitrina Dimitrova ilə görüşmüşdür. Səttar Mehbalıyev qonağı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti, son illərdə əldə olunmuş nailiyyətlər haqqında məlumatlandırmışdır.

Azərbaycanın sürətli inkişafından danışan S.Mehbalıyev demişdir ki, son 10 ildə ölkəmizdə müşahidə edilən iqtisadi inkişaf nəticəsində işsizliyin səviyyəsi xeyli azalmış, əhalinin maddi rifah halı yaxşılaşmışdır. S.Mehbalıyev vurğulamışdır ki, hazırda Azərbaycanın təşəbbüsü ilə regionda bir sıra iri layihələr reallaşdırılır. Həyata keçirilən iri layihələr regionda və Avropada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

S.Mehbalıyev ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışmışdır.

Dmitrina Dimitrova Azərbaycanın sürətli inkişafını və müxtəlif sahələrdə əldə etdiyi uğurları yüksək qiymətləndirmişdir. Gənclərlə bağlı layihələrin həyata keçirilməsinin vacibliyinə toxunan Dmitrina Dimitrova gələcəkdə bu sahədə birgə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu demişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

sia.az

Digər xəbərlər