PDF Oxu

Siyasət

  • 17

Türkiyənin Anadolu Agentliyinin Xəbər Akademiyasının təşkil etdiyi təlim kurslarında AzərTAc ilə əməkdaşlığın əhəmiyyətindən bəhs olunmuşdur

Türkiyənin Anadolu Agentliyinin Xəbər Akademiyasının təşkil etdiyi təlim kurslarında AzərTAc ilə əməkdaşlığın əhəmiyyətindən bəhs olunmuşdur

Türkiyənin Anadolu Agentliyinin Xəbər Akademiyasının təşkil etdiyi təlim kurslarında Azərbaycanın bir sıra KİV-lərinin əməkdaşları iştirak edirlər.

Təlim kurslarına AzərTAc-ın əməkdaşı da qatılmışdır.

Kursun birinci günündə Azərbaycan mediasının nümayəndələri qarşısında çıxış edən Türkiyənin Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk rəhbərlik etdiyi qurumun keçdiyi yol, fəaliyyət istiqamətləri, yaxın və uzaq hədəflərindən danışmışdır. Beynəlxalq media məkanında gedən proseslərdən danışan K.Öztürk Anadolu Agentliyi ilə AzərTAc arasında əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən bəhs etmişdir.

Təlim kursları iyunun 27-dək davam edəcəkdir.

AzərTAc

Digər xəbərlər