"Prezident İlham Əliyevin AŞPA-nın sessiya iclasındakı çıxışı Azərbaycanın imicinin yaxşı mənada möhkəmlənməsinə səbəb olacaq. Prezident çıxışı zamanı həmçinin Ermənistanın işğalçı olduğunu da xüsusilə vurğuladı". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili millət vəkili Çingiz Qənizadə Prezident İlham Əliyevin məzmunlu çıxışına münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev orada yarım saat ərzində yüksək səviyyədə çıxış edərək avropalı parlamentarilərin suallarını layiqincə cavablandırıb. Ölkə başçısının çıxışı hərtərəfli və verdiyi mesajlar da aydın idi". Ç.Qənizadə eyni zamanda ölkə başçısının çıxışının ölkəmiz üçün çox vacib olduğunu və bunun müsbət təsirlərinin olacağını bildirib: "Dövlət başçısının çıxışı çoxsaylı ölkələrdən olan parlamentarilər tərəfindən yüksək qiymətləndirilib: "Məhz bu səbəbdən də çıxış geniş auditoriya tərəfindən yüksək səviyyədə qarşılandı. Yarım saat ərzində prezidentimizə kifayət qədər suallar ünvanlandı. İlham Əliyev bu suallara da hərtərəfli və dolğun şəkildə cavab verdi. Sual verən parlamentarilərin əksəriyyəti də ölkəmizin inkişafını xüsusi qeyd etdilər. Bəzi ölkələrdən olan və qərəzi ilə tanınan parlamentarilər də qərəzli suallar verdilər. Ölkə başçısı onların da suallarına yüksək səviyyədə cavab verərək, həmin parlamentarilərin ölkəmiz barədə yanlış fikirdə olduqlarını sübut etdi. Hətta bəzi hallarda prezident onları ölkəmiz haqqında yanlış informasiyalar yaymaqda ittiham etdi. Prezident İlham Əliyev bəzi parlamentarilərin qərəzli mənbələrdən informasiyalar aldıqlarını da qeyd edib".O həmçinin qeyd edib ki, xarici işlər naziri Elmar Məmmədyarovun, eləcə də İlham Əliyevin çıxışı Avropa Şurasında yüksək səviyyədə qəbul olundu: "Prezident çıxışı ilə ölkəmizin demokratik təsisatlara, insan hüquqlarına verdiyi önəmi Avropaya bir daha sübut etdi".
sia.az