"Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nitqi müstəqil Azərbaycan dövlətinin diplomatiya tarixinin şərəfli səhifələrindən biridir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.Parlament üzvünün sözlərinə görə, cənab Prezident özünün mükəmməl nitqi ilə müasir dövrün mahir siyasətçilərindən və dövlət adamlarından biri olduğunu təsdiq etdi: "Bu tək dövlət başçısının nitqi deyil, eyni zamanda Azərbaycan Respublikası dövlətinin bir daha təqdimatı idi. Avropa Şurasına üzv olan ölkələr, eləcə də cənab Prezidentin nitqi haqqında məlumatı yayan digər ölkələrin kütləvi informasiya vasitələri Azərbaycan haqqında tam dolğun məlumata malik oldular. Ölkə rəhbərinin nitqi ilə mən bir Azərbaycanlı olaraq qürur duydum. Bu AŞPA-dakı nitqdən və Fransaya səfərdən sonra Azərbaycan Prezidentinin hərbi təlimlərdə iştirakı etməsi bir daha göstərdi ki, diplomatiya gücə arxalanmalıdır. Bu gün Azərbaycan dövləti güclü bir dövlətdir.Ermənistanın narahatlığına gəlincə isə burada hər şey aydındır. Ermənistan təcavüzkar dövlətdir, Azərbaycan ərazilərini işğal edib və burada etnik-təmizləmə siyasəti yürüdüb. İşğalçı ölkə terroru dünya səviyyəsində himayə edən dövlətdir. Ermənistanın müasir dünya qaydalarına uymayan siyasəti ölkə başçısının nitqində öz əksini tapdı. Hesab edirəm ki, Prezident İlham Əliyev bu nitqi ilə Ermənistana öldürücü diplomatik zərbə endirmiş oldu".
sia.az