Argentina Respublikası Milli Konqresinin Senat və Deputatlar Palatasında 2011-ci ildən fəaliyyət göstərən Azərbaycan ilə parlamentlərarası dostluq qrupları yeni tərkibdə təsdiq edilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Senatda Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun 9 üzvü, Deputatlar Palatasında isə Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun 8 üzvü vardır.
Hər iki ildən bir Argentina Milli Konqresinin müəyyən hissəsinin yenilənməsi ilə bağlı keçirilən parlament seçkilərindən sonra bütün parlamentlərarası dostluq qruplarının tərkibi yenidən təsdiq olunur.
AzərTAc