"Bu ilin iyul ayının ilk ongünlüyündə yay məktəblərinə start veriləcək". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov deyib.YAP GB sədri hakim partiyanın rəhbərliyinə dərin minnətdarlığını bildirərək deyib: "YAP rəhbərliyi bizə ayrılan kvotanı 200 nəfər də artıraraq, onların sayını 800-ə çatdırıb. Təbii ki, bu da gənclərimiz üçün böyük sevincdir. Nəzərdə tuturuq ki, bu yay məktəbində 50 faizə yaxın region gəncləri, digər 50 faiz isə paytaxt, Sumqayıt şəhəri və Abşeron rayonundan olan gənclər iştirak etsinlər.Ən böyük yeniliklərdən biri elə məhz bu kvotanın artırılmasıdır. Bundan sonra isə biz orada proqramımızı tamamilə yeniləmişik. Deyə bilərəm ki, artıq yay məktəbləri institutu formalaşmağa başlayıb. Təbii ki, bunun da əsası hakim partiya tərəfindən qoyulub. Ona görə də biz gənclərin təkliflərini nəzərə alaraq onların vermiş olduğu təkliflər əsasında yeni proqram hazırlamışıq. Gedəcəyimiz yerdə həmin proqramın təqdimatını da edəcəyik. Əsas məqsəd odur ki, gənclərin daha yaxşı istirahətini təşkil edək və onlarla ideoloji iş aparaq".
sia.az