Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının xarici işlər naziri Van İnin dəvəti əsasında 30 iyun - 2 iyul tarixlərində Çində rəsmi səfərdə olacaq.XİN-dən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Çin Xalq Respublikasının xarici işlər naziri Van İ və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
sia.az