PDF Oxu

Siyasət

  • 33

Nuşirəvan Məhərrrəmli: "Aparıcıların əksəriyyəti ədəbi dil normalarında uzaqdır"

Nuşirəvan Məhərrrəmli: "Aparıcıların əksəriyyəti ədəbi dil normalarında uzaqdır"

"Bu cür məsələlərin həlli yollarını axtarıb tapmaq lazımdır. Ümumiyyətlə, Azərbaycan dili məsələsi, inkişafı, zənginləşməsi çox çətin məsələdir. Hesab edirəm ki, bu sahədə ziyalılara böyük ehtiyac var". SİA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli "Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr" mövzusunda təşkil olunan konfransda çıxışı zamanı deyib.N. Məhərrəmli deyib ki, bu gün internet dili beynəlxalq insanlar tərəfindən qəbul olunub: "Eyni zamanda biz milli özünümüdafiə məsələlərinə xüsusi yer verməliyik. Azərbaycanda yaşayanların öz ana dilini bilməməsi bizdə məyusluq hissi yaradır. Ölkəmiz Azərbaycan dilinin rəsmi dövlət dili kimi işlənməsinə xüsusi önəm verir. 2013-cü ilin aprelin 9-da Prezident İlham Əliyev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında sərəncam imzaladı. Həmin sərəncamda da bildirilir ki, bu gün Azərbay¬can dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Hesab edirəm ki, bu sözlər bizim üçün əsas iş olmalıdır"."Bir sıra telekanallarla görüşüb mövcud məsələləri müzakirə edirik. Bu sahədə digər problem isə aparıcıların nitq, dillə bağlı treninqlərin keçirilməsi idi. Etiraf edim ki, bu məsələ çox çətin məsələdir. Azərbaycan dili məsələsi hər kəsin vətəndaşlıq məsələsi olmalıdır. Media bu məsələdə daha öndə olmalıdır. Eləcə də Vətəndaş cəmiyyətlərini, qeyri-hökumət təşkilarını və s. Onlar bu istiqamətdə öz işlərini qurmalıdır. Təəssüf ki, bu gün aparıcıların əksəriyyəti ədəbi dil normalarında uzaqdırlar. Biz çalışmalıyıq ki, onlar ədəbi dil normalarını inkişaf etdirsinlər. Biz deyə bilmərik ki, Azərbaycan kinolarında və s. xalq danışığı olmasın. Təbii ki, bu da olmalıdır".

sia.az

Digər xəbərlər