PDF Oxu

Siyasət

  • 27

Berlində “dondurulmuş münaqişələr” mövzusunda müzakirələr keçirilmişdir

Berlində “dondurulmuş münaqişələr” mövzusunda müzakirələr keçirilmişdir

Alman-Azərbaycan Gənclər Assosiasiyasının dəstəyi ilə azərbaycanlı və gürcüstanlı gənclər Almaniyanın Beynəlxalq Parlament Təqaüdü Proqramı çərçivəsində postsovet ölkələri ərazilərində mövcud olan dondurulmuş münaqişələrlə bağlı müzakirələr təşkil etmişlər.

Bundestaqda keçirilmiş tədbirdə Azərbaycandan, Gürcüstandan, Moldovadan və Rusiyadan məruzəçilər çıxış etmişlər. Müzakirələrdə Almaniyada yaşayan azərbaycanlı gənclər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında iştirakçılara məlumat vermişlər. Müzakirələrə Ermənistan tərəfindən də nümayəndələr dəvət olunsalar da, onlar tədbirdə iştirakdan imtina etmişlər.

AzərTAc

Digər xəbərlər