PDF Oxu

Siyasət

  • 18

Elman Abdullayev: “Bu, bir çox dairələrin qısqanclığına səbəb olur”

Elman Abdullayev: “Bu, bir çox dairələrin qısqanclığına səbəb olur”

"Bu gün Azərbaycan xalqı təhlükəsizdir və onu qoruyan güclü bir ordu mövcuddur"

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin SƏS TV-yə müsahibəsi:

- Elman müəllim, İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirildi. Həmin təlimdə dövlət başçısı çıxışı zamanı bildirdi ki, "Azərbaycan müharibə şəraitində yaşayır. Belə olan halda ordu quruculuğu nəinki dövlət qurumları, hər bir vətəndaş üçün ən vacib, ən ümdə məsələ olmalıdır". Siz bu barədə nə deyə bilərsiniz?

- Təbii ki, dövlət başçısının da qeyd etdiyi kimi, bu gün Azərbaycanda ordu quruculuğu çox yüksək templə, sürətlə həyata keçirilir. Bu gün Azərbaycan ordusu dünyanın ən qabaqcıl ordularından biridir. Ordumuz həm texniki təchizat, həm də insan kapitalı baxımından regionda mühüm rola malikdir. Azərbaycan ordusu qeyd etdiyimiz bu amillər baxımından böyük irəliləyiş əldə edib. Xüsusi olaraq onu nəzərə almalıyıq ki, Azərbaycan müstəqilliyinin ilk illərində bu qədər çətinliklərlə üzləşmiş bir ölkədir. Ümumiyyətlə beynəlxalq siyasi arenada, xəritədə müstəqillik, dövlətçilik tariximiz o qədər də çox deyil. Təbii ki, bu qısa müddət ərzində və bu 1990-cı illərin ağır olduğunu nəzərə alaraq, ölkəmizdə quruculuq prosesi çox qısa müddətdə həyata keçirildi. Amma Azərbaycan bu gün dünya ictimaiyyətinə çox nümunəvi nəticələr göstərməkdədir.

Təbii ki, Ermənistanın işğalçı siyasəti nəticəsində bizim 20 faiz torpaqlarımız işğal altında qalıb və bir milyondan artıq qaçıqn və məcburi köçkünlərimiz öz yurdlarından didərgin düşüb. Xüsusi olaraq onu qeyd etmək istəyirəm ki, Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə siyasəti və cinayət hadisəsi həyata keçirildi. Təbii ki, belə bir məqamda Azərbaycanda ordu qurucluğu ölkəmizin müdafiə imkanlarının genişlənməsinə və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Ən önəmlisi isə bu, Azərbaycan dövlətinin, xalqının təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu gün Azərbaycan xalqı təhlükəsizdir və onu qoruyan güclü bir ordu mövcuddur. Heç şübhəsiz ki, bu, bir çox dairələrin qısqanclığına səbəb olur. Beləcə, onlar müxtəlif yollar axtarırlar ki, Azərbaycana təzyiqlər etsinlər. Lakin biz bunun şahidi oluruq ki, Azərbaycanın elə güclü lideri mövcuddur ki, ölkəmizə bu gün təzyiq etmək qeyri-mümkündür. Bununla beynəlxalq ictimaiyyət barışmalıdır. Artıq bununla bir çox dairələr və ölkələr barışıb. Təbii ki, reallıqlarla barışa bilməyən dairələr də mövcuddur. Lakin zaman keçdikcə onlar da bununla barışacaqlar. Çünki bunun başqa yolu yoxdur.

- Prezident həmçinin çıxışında təəssüflə qeyd etdi ki, bu məsələ ilə məşğul olan vasitəçilər, ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllindən daha çox qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi ilə məşğuldurlar". Bu haqda fikirləriniz nədir?

- Cənab Prezident tərəfindən ən önəmli mesaj o idi ki, etimad tədbirləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə başlamalıdır. Çünki bu gün ölkəmizin torpaqlarının işğal altında və Ermənistan silahlı qüvvələrinin fiziki olaraq Azərbaycanın işğal olunmuş ərazilərində olduğu bir dönəmdə etimad tədbirlərinin həyata keçirilməsi mümkün deyil. Təbii ki, ölkə başçısı da qeyd etdiyi kimi ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Önəmli mesajlardan biri də o idi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi gec-tez bərpa olunacaq. Bugünkü danışıqların da əsas mahiyyəti elə məhz budur. Bu gün artıq güclü Azərbaycan istər Ermənistan, istərsə də beynəlxalq ictimaiyyət üçün bir reallıqdır. Təbii ki, hər bir kəs bu reallıqla barışmalıdır.

Ölkə başçısının digər önəmli mesajını da qeyd etmək istərdim. Bu isə danışıqların mahiyyət üzrə aparılmasıdır. Bu gün Ermənistan tərəfi müxtəlif bəhanələr və əsas istiqamətdən yayınmaq cəhdləri ilə status-kvonu saxlamağa çalışır. Yəni bununla onlar işğal faktını uzatmağa cəhd göstərirlər. Bugünkü mövcud vəziyyətin əsas səbəbi Azərbaycanın torpaqlarının işğal altında olmasıdır. Ümumiyyətlə sülh prosesinin irəliləməsi üçün işğalçı ölkə Azərbaycanın ərazilərini tərk etməlidir. Əgər biz Yenilənmiş Madrid prinsiplərinin sənədlərinə də baxsaq görərik ki, orada bu bənd xüsusi olaraq qeyd olunub. Hətta bu yaxınlarda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də öz çıxışında vurğuladı ki, ilk addım olaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Yəni burada həmsədrlər də söylədikləri fikirlərdə tərəddüd etməməlidirlər. Təbii ki, belə bir tərəddüdün nümayiş etdirilməsi beynəlxalq ictimaiyyətin biganəliyindən xəbər verir.

- Prezident İlham Əliyevin çıxışında xüsusi olaraq o da vurğulandı ki, Ermənistanda ciddi demoqrafik böhran yaşanır. Bu böhranın əsas səbəbi onların işğalçı siyasətidir...

- Bu bir faktdır ki, artıq hər il Ermənistanı 70-80, hətta 100 minə yaxın insan geriyə qayıtmamaq şərtilə tərk edir. Təbii ki, bu onu göstərir ki, Ermənistanda artıq demoqrafik böhran yaşanır və bunun faciəvi nəticəsi qaçılmazdır. Heç şübhəsiz ki, bunun da əsasında Ermənistanın işğalçılıq siyasəti dayanır. İşğalçı ölkənin bu gün səfalət içində olmasının yeganə səbəbi rəsmi İrəvanın Azərbaycanın torpaqlarını işğal altında saxlamasıdır. Bu gün Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Bu ölkə ağır iqtisadi durumdadır. Bu gün tamamilə əks proseslər gedir. Belə ki, Azərbaycan inkişafa, irəliyə doğru gedir, amma Ermənistan tərəfi bunun əksini yaşayır. Təbii ki, belə bir məqamda nəticələr də göz önündədir. Bu gün Ermənistan dövləti öz xalqının gələcəyindən heç də maraqlı deyil. Artıq bütün bunlar çox ciddi suallar doğurur. Bu onu göstərir ki, rəsmi İrəvan müvafiq dairələrin və öz mənafeyinə maraqlarına xidmət edir. Təbii ki, bir gün Ermənistan rəhbərliyi bunun hesabatını çox ciddi şəkildə öz xalqı qarşısında verməli olacaq.

- Son olaraq dövlət başçısının Avropa Şurası Parlament Assambleyasındakı çıxışı zamanı ölkəmizə qarşı müxtəlif haqsızlıqlar nümayiş olundu. Siz bu məsələləri necə xarakterizə edərdiniz?

- İlk növbədə onu qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin çox güclü, məzmunlu, arqumentli, əsaslı çıxışı Azərbaycanın qələbəsi Ermənistanın və ya ermənipərəst qüvvələrin məğlubiyyəti demək idi. Yəni bu orada çox aydın şəkildə göründü. Bunu hətta AŞPA-dan olan deputatlar, eləcə də beynəlxalq ictimaiyyət çox aydın şəkildə müşahidə etdi. Təbii ki, onlar bu cür təxribatlara yol verməklə heç nəyə nail ola bilmədilər. Çünki cənab Prezident özünün güclü çıxışı ilə göstərdi ki, Azərbaycan güclü dövlətdir və güclü lideri var. Yəni ölkə xalqının müqəddəratı çox etibarlı əllərdədir. Təbii ki, bu çıxış bir çoxlarında qısqanclıq və həsəd yaratdı. Hətta xarici deputatlara verilən vərəqlərdə əks olunan sullar ilk dəfə oxumada daha aydın görünürdü. Onlar həmin vərəqlərdə yazılan sualları heç doğru-düzgün oxuya bilmirdilər. İkincisi isə orada suallar təkrarlanırdı. Belə ki, bir deputatın səsləndirdiyi sual başqa bir formada digər deputat tərəfindən səsləndirilirdi. Bu da Azərbaycanın qarşısında həmin şəxslərin, dairələrin nə qədər aciz olduğunu göstərirdi.

sia.az

Digər xəbərlər