PDF Oxu

Siyasət

  • 20

Seymur Orucov: “Avropa gəncliyi Azərbaycandan nümunə götürməlidir”

Seymur Orucov: “Avropa gəncliyi Azərbaycandan nümunə götürməlidir”

"Bu gün Azərbaycanda aparılan gənclər siyasəti və gənclərimizə göstərilən diqqət, qayğı dünyanın heç bir ölkəsində yoxdur"

"Artıq Azərbaycanda ölkə gəncliyinin inkişafı istiqmətində çalışan kifayət qədər gənclər təşkilatları və siyasi təşkilatlar var". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.YAP GB sədrinin sözlərinə görə, bütün Azərbaycan gəncliyi daima Ümummilli Lider Heydər Əliyevin əsasını qoymuş olduğu ideologiyanı – Azərbaycançılıq, vətənpərvərlik, dövlətçiliyi tərənnüm etməli, bunun təbliği ilə məşğul olmalıdır: "Azərbaycan gəncləri dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi işləri təbliğ etməlidirlər. Bu ideoloji sahədə gənclər təşkilatları mütləq diqqətli olmalıdırlar. Biz demirik ki, onlar yalnız ideologiya ilə məşğul olsunlar. Amma görülən hər hansı bir işin təməlində ideoloji xətt dayanmalıdır.Bu gün Azərbaycanda aparılan gənclər siyasəti və gənclərimizə göstərilən diqqət, qayğı dünyanın heç bir ölkəsində yoxdur. Mən hətta deyərdim ki, Avropa gəncliyi Azərbaycandan nümunə götürməlidir. Təkcə Azərbaycan Gənclər Fonduna ayrılan vəsait 5 milyon manatdır. Bu vəsait bütün Avropa Birliyinin gənclər təşkilatlarına ayırdığı vəsaitdən 50 faiz çoxdur. Bütün Avropa Birliyinin üzv ölkələrinə bir il ərzində 3 milyon avro vəsait ayrılır. Bunun özü bir daha göstərir ki, Azərbaycanla Avropa arasında nə qədər fərq mövcuddur. Digər tərəfdən Azərbaycanda gənclərin ideoloji cəhətdən sağlamlığı, möhkəmliyi və dövlətə bağlılığı yüksək səviyyədədir. Təbii ki, dünyanın hər bir yerində olduğu kimi, bizim ideoloji xəttimizdən kənarda fəaliyyət göstərən gənclərimiz də mövcuddur. Lakin onların sayı yetərli deyil.Ümumilikdə Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı Avropaya bir nümunədir. Avropada elə bir dövlət varmı ki, gəncləri dövlət hesabına xaricdə təhsil ala bilsin? Bunu idman sahəsinə də şamil edə bilərik. Bu gün Azərbaycan gəncliyi idman sahəsində bir çox nailiyyətlər əldə edib. Bununla belə, gənclər təşkilatlarımızın bir çoxu beynəlxalq tədbirlərin ölkəmizdə təşkilini həyata keçirib. Bütün bunlar Azərbaycanda gənclər təşkilatlarının dövlət ideologiyasına xidmət istiqamətində atdığı addımların bariz nümunəsidir".

sia.az

Digər xəbərlər