Belçikanın "Aqoravox" internet resursunun fransız variantında Azərbaycandan bəhs edən "Dünyəvi və müxtəlif mədəniyyət, Azərbaycan yaxşı istiqamətdə" sərlövhəli məqalə yerləşdirilmişdir.Məqalənin müəllifi Eliza Garner qeyd etmişdir ki, demokratik dövlət modelinin mövcud olduğu və əhalisinin 90 faizini müsəlmanlar təşkil etdiyi Azərbaycan dünyəviliyinə görə qonşu ölkələrdən təmamilə fərqlənir. Demokratik inkişaf yolu tutan Fransa Azərbaycanın dünyəvilik modelindən nümunə götürməlidir.
Məqalədə Azərbaycan dövlətinin ölkədə yaşayan hər kəsin dini etiqad azadlığına hörmətlə yanaşdığı diqqətə çatdırılmış və ölkəmizin uzun illər fars və Rusiyanın təsiri altında olmasına baxmayaraq dünyəviliyini qoruyub saxladığı xüsusi vurğulanmışdır.
Yazıda, keçmiş sovetlər dövründə ölkədə ateizm ideyalarının təbliğ olunmasına baxmayaraq 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda dağıdılmış məscidlərin, kilsələrin və sneqoqları bərpa edilməsi mühüm hadisə kimi qiymətləndirilmiş və ölkə konstitusiyasına əsasən hər kəsin dini seçim və etiqad məsələsində təmamilə azad olması barədə fransalı oxuculara ətraflı məlumat verilmişdir.
Məqalədə, Azərbaycanın dinlərarası münasibətlərə böyük diqqət və həssaslıqla yanaşması, ölkəmizin fanatizmin qorxulu olduğu bir vaxtda müsəlman dünyasında dünyəvilik təcrübəsinin mümkünlüyünü sübut etməsi olduqca müsbət qiymətləndirilmiş və həmişə başqalarına müəyyən yol göstərən Fransanın bu məsələdə Azərbaycandan nümunə götürməsinin vacibliyi qeyd edilmişdir.
Məqalənin tam mətni ilə aşağıdakı ling vasitəsilə tanış olmaq mümkündür:
AzərTAc