PDF Oxu

Siyasət

  • 23

Fuad Ələsgərov: “Azərbaycanda korrupsiya ilə mübarizə üçün bütün imkanlar mövcuddur”

Fuad Ələsgərov: “Azərbaycanda korrupsiya ilə mübarizə üçün bütün imkanlar mövcuddur”

"Azərbaycanda korrupsiya ilə səmərəli mübarizə üçün bütün imkanlar mövcuddur. Korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir". SİA-nın xəbərinə görə, bu sözləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.Onun sözlərinə görə, müstəqil Azərbaycanın korrupsiyaya qarşı mübarizə tarixi çox qədim olmasa da, bir sıra çətinlik və mərhələlərdən keçib: "1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik bazası olmayıb. İqtisadi cəhətdən tənəzzülə uğramış ölkəmiz eyni zamanda Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Ərazilərimizin 20 faizi işğal edilib. Belə ağır şəraitdə Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində siyasi sabitliyə əsaslanan hüquqi dövlət qurulub. Bu gün Azərbaycanda daha yüksək hədəflərə nail olmaq üçün tədbirlər görülür, korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi kimi ixtisaslaşdırılmış qurumlar bu sahədə dövlət siyasətinin formalaşdırılmasında, həmçinin cinayət təqibinin həyata keçirilməsində davamlı fəaliyyət göstərir. Azərbaycanda "ASAN xidmət"in fəaliyyət göstərməsi isə korrupsiya hallarını tam istisna edir və vətəndaşların dövlət qurumlarına etimadını artırır. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub və bu əməkdaşlıq davam etdirilir".

sia.az

Digər xəbərlər