PDF Oxu

Siyasət

  • 18

Bu, həm də Azərbaycanın xalqının, Azərbaycan iqtidarının növbəti diplomatik qələbəsidir

Bu, həm də Azərbaycanın xalqının, Azərbaycan iqtidarının növbəti diplomatik qələbəsidir

Aydın Hüseynov: "Prezident İlham Əliyev öz qətiyyətli və birmənalı çıxışı ilə müəyyən qruplarının mövqeyini yerlə-yeksan etdi"

"Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları öz qətiyyəti, xarizmatik keyfiyyətləri və müdrikliyi ilə Azərbaycanı dövlətlər içində ən yüksək yerlərə qədər yüksəldib. Ölkədə yürüdülən uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimiz müxtəlif nüfuzlu təşkilatlarda təmil olunmaqla yanaşı, həm də qətiyyətli söz sahibinə çevrilib". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Sura üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Prezident İlham Əliyevin AŞPA-dakı geniş məzmunlu çıxışına və müəyyən qrupların bu çıxışdan sonra susaraq geri çəkilməsinə münasibətini bildirərkən deyib.

Bütövlükdə isə bu faktorun Azərbaycanın dünya siyasətində rolunun yüksəlməsi ilə bilavasitə əlaqədar olduğunu deyən Aydın Hüseynov onu da bildirib ki, bütün bu kimi əhəmiyyətli məsələləri təhlil edərkən, həm də belə qənaətə gəlmək mümkündür ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı kimi bundan sonra da ölkəmizin mənafeyini qoruyub, inkişaf etdirərək onun adını qızıl hərflərlə tariximizin yaddaşına həkk edəcək: "Bu arada daha bir önəmli məqama toxunmağı zəruru bilərək qeyd etmək istərdim ki, Azərbaycanın bu kimi tərəqii və inkişaf mərhələsini gözləri götürməyənlər çox ciddi şəkildə narahat olmağa başlayıblar. Belə ki, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə öz qaranlıq niyyətlərini reallaşdıraraq, maraqlarını güdən tərəflər əllərinə düşən hər bir imkandan yararlanıb ölkəmizin imicinə xələl vurmağa cəhdlər göstərirlər. Buna misal kimi, həmin dairələrin AŞPA-nın son toplantısında müxtəlif vasitələrlə Azərbaycana qarşı atdığı addımlarını göstərmək olar. Lakin onların bu cəhdləri də hər zamankı kimi uğursuz alındı. Daha dəqiq desək, qaranlıq qüvvələrin susdurulması güclü bir dövlətin mövcudluğunun nümayişi kimi qiymətləndirildi. Cənab İlham Əliyev öz möhtəşəm nitqində Avropaya bir daha mürəkkəb geopolitik bir məkanda yerləşən Azərbaycanın önəmini vurğulayaraq Qərbin strateji partnyor saydığı ölkə ilə bağlı məsuliyyətini xatırlatdı. Prezident İlham Əliyev öz qətiyyətli və birmənalı tezisləri ilə Avropa təşkilatlarındakı anti-Azərbaycan qruplarının mövqeyinə sarsıdıcı, güclü zərbə vurub. Nəticədə bir sıra dəyərsiz siyasətbazların Azərbaycanı aşağılamaq cəhdləri çox gülünc və mənasız göründü. Prezident bir daha xatırladaraq vurğuladı ki, Avropanın qarşısında zəif və müəyyən intriqa tərəflərinin marağının qurbanı olan bir oyuncaq dövlət yox, güclü, müstəqil siyasət yürüdən və milli maraqlarını yalnız xalqın etimadı ilə hədəfləyən bir dövlət, iqtidar amili dayanıb".

"Prezidentimizə çıxışı zamanı KİV nümayəndələri tərəfindən müəyyən xarici qüvvələrin maraqlarını güdən sualların verilməsi heç də ölkəyə olan xoş münasibətdən doğmayıb"-deyə vurğulayan YAP Siyasi Şurasının üzvü qeyd edib ki, öz fəaliyyətində terrorçuları və separatçılğı dəstəkləmiş bir avropalı deputatın, ya da xarici KİV nümayəndəsinin insan haqları və digər funadmental məsələlər barədə danışması əslində, normal düşüncəli avropalılar tərəfindən sadəcə iztehza ilə qarşılanıb: "Çünki həmin "iddialar"dan fərli olaraq Azərbaycan 23 illik müstəqillik tarixində ölkədə demokratik təsisatlarını formalaşadıra bilib. Azərbaycanda insan haqlarının qorunması, KİV azadlığı və vətəndaş ləyaqətinin qorunması əsas prioritetdir. Bunu Avropanın mötəbər qurumlarının özləri belə dəfələrlə etiraf ediblər. Hətta bu gün bir sıra nüfuzlu avropalı deputatlar da etiraf edirlər ki, Azərbaycanda demokratiyanın formalaşması və inkişafı prosesini öyrənmək və təbliğ etmək baxımından Avropa ölkələri səylər göstərməlidirlər. Çünki Azərbaycan demokratiyasından öyrəniləcək çox amillər, faktorlar mövcuddur. Məhz bu prioritet ölkədə keçirlən bütün ictimai-siyasi proseslərdə özünü nümayiş etdirir".

Aydın Hüseynov bildirib ki, həm çıxışında, həm də çıxışından sonra Cənab Prezident İlham Əliyev Azərbaycanın adını Avropaya layiqincə, ən yüksək səviyyədə və çox mükəmməl şəkildə təqdim etdi: "Biz ilk növbədə Onun çıxışında Azərbaycan xalqının mövqeyini görmüş olduq.

O, bununla növbəti dəfə Azərbaycanın beynəlxalq birliyin layiqli üzvü olduğunu, beynəlxalq təşkilatlar qarşısında tam alnıaçıq olduğunu isbatlamış oldu. Bu həm də o deməkdir ki, Avropanın bəzi məsələləri düzgün təhlil etmək, vaxtında qərar çıxarmaq, Azərbaycanla bağlı mühüm məsələləri önə çəkməsi prioritetə çevrilib. Bütün bunlar ona görə baş verir ki, Azərbaycan dünyaya öz mövqeyi ilə, apardığı siyasətlə, öz maraqlarını müdafiə etməklə yanaşı, həm Qərblə, həm də Şərqlə əməkdaşlığa böyük töhfələr verir. Təbii ki, qazanılan bu uğurlar, ardıcıl, mütəşəkkil nailiyyətlər isə Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin bariz, məntiqi nəticəsidir. Bu, həm də Azərbaycanın xalqının, Azərbaycan siyasətinin, Azərbaycan iqtidarının növbəti diplomatik qələbəsidir. Qarşıda bizi daha çox bu kimi uğurlar və qələbələr gözləyir".

sia.az

Digər xəbərlər