Pakistanın "DNA News" informasiya agentliyi və "Centreline" jurnalında baş redaktor, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, NATO və Qafqaz üzrə mütəxəssis Ansar Battinin Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışı ilə bağlı məqaləsi yayılmışdır.
"Prezident İlham Əliyev: Hazırkı Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb" sərlövhəli məqalədə müəllif ATƏT PA-nın sessiyasının açılış mərasimində dövlətimizin başçısının çıxışının əsas məqamlarını təhlil etmişdir.
yap.org.az