PDF Oxu

Siyasət

  • 19

Siyavuş Novruzov Leyla Yunusun KARTLARINI AÇDI

Siyavuş Novruzov Leyla Yunusun KARTLARINI AÇDI

"Bu adam qəsdən belə hərəkətlər edir ki, "söz azadlığı uğrunda" məsuliyyətə cəlb olunduğunu desin"

"Onsuzda bu gün Leyla Yunusun kəşfiyyat orqanlarına işləməsi, ayrı-ayrı adamları kəşfiyyat orqanları ilə əlaqələndirməsi, vergidən yayınması və digər məsələlərlə əlaqədar xarici kəşfiyyatlardan maliyyə dəstəyini alması, erməni lobbisi ilə işləməsi ilə bağlı kifayət qədər dəlil, sübutlar var. Bununla bağlı onun ölkədən çıxmaması üçün dilindən iltizam alınıb və o, bununla bağlı müəyyən sənədə imza atıb. Demək, Leyla Yunus yaxşı bilir ki, o, əvvəl-axır qanunları pozduğuna görə məsuliyyətə cəlb olunmalıdır". Bi fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunusun müsahibəsində Azərbaycan iqtidarına yönəlik qeyri-etik ifadələr işlətməsinə, eləcə də müxtəlif iddialarla çıxış etməsinə münasibət bildirərkən deyib.

YAP rəsmisinin fikrincə, bu ünsür qəsdən həmin hərəkətləri edir ki, məsuliyyətə cəlb olunduğu zaman mətbuatda ölkə rəhbərliyinə qarşı işlətdiyi müxtəlif ifadələrə görə, yəni "söz azadlığı uğrunda" məsuliyyətə cəlb edildiyini desin: "Leyla Yunusun başlıca məqsədi budur. Yəni xarici kəşfiyyata işləməyə, erməni lobbisinə işləməyə və sairəyə görə deyil, məhz buna görə məsuliyyətə cəlb olunduğunu iddia etsin. Ona görə də onun son davranışları, məhz ermənilərin öyrətdiyi əməllərin göstəricisidir".

Siyavuş Novruzov əslində, Leyla Yunusun özünün qorxu hissləri keçirdiyini bildirib: "Belə bir el misalı var. İtə deyəndə niyə hürürsən, deyir qorxuduram, soruşanda ki, quyruğun niyə əsir, onda da deyir ki, özüm də qorxuram. Bu baxımdan, Leyla Yunus yaxşı bilir ki, o hansı yolu gedir. Ona görə də öz getdiyi yolu maskalamaqdan ötrü hər hansısa addımları atır. Azərbaycanda da eyni mənbəyə xidmət edən, eyni orqanlara xidmət edən, eyni tərəflərdən dəstək alan siyasi partiya rəhbərləri, siyasiləşmiş QHT-lər var ki, onlar da Leyla Yunusu qızışdırıb ortaya salmaqla gələcəkdə baş verəcək hadisələrdən özləri üçün divident qazanmaq istəyirlər".

sia.az

Digər xəbərlər