PDF Oxu

Siyasət

  • 28

Aydın Mirzəzadə: “Cəmiyyət radikal müxalifəti dəstəkləmir”

Aydın Mirzəzadə: “Cəmiyyət radikal müxalifəti dəstəkləmir”

"Görünür bu səbəbdən, xarici təşkilatlardan kömək istəməklə ayaqda qala bilmələri üçün müəyyən cəhd göstərirlər"

"Müxalifət partiyasının vəzifələrindən biri də Azərbaycanın milli maraqlarını qorumaqdır. Amma xarici qeyri-hökumət təşkilatının müdaxiləsini gözləməsi çox qəribə görünür". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AXCP rəsmilərinin "Azərbaycanın balans siyasəti Qərbi qane etmir" iddialarına münasibətini bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, bu gün Azərbaycanın xarici siyasəti həm qərbyönümlü, həm şərqyönümlüdür. Eyni zamanda onunla dost olan bütün ölkələr yönümlüdür. Belə ki, 1993-cü ildən başlayaraq, yəni Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən bəri aparılan bu siyasət öz uğurlu nəticələrini verməkdədir: "Lakin digər iddialarla çıxış edən radikal müxalifət hər zaman özünü bir mərkəzə bağlamağa çalışır. Bunun nəticəsində onların nə problemləri həll edilir, nə cəmiyyətdə inkişaf edirlər. Azərbaycanın radikal müxalifəti heç bir zaman Azərbaycanın milli maraqları kontekstindən çıxış etməyib. Onları ancaq hakimiyyət, vəzifə, şöhrət və digər bu kimi amillər maraqlandırır. Təsadüfi deyil ki, bu gün iqtidarı yersiz şəkildə ittiham edən müxalifət rəsmiləri bir milyondan artıq olan qaçqınlar barədə, Dağlıq Qarabağın işğalı barədə mələlələri qabarmırlar. Təsüdüfi deyil ki, xaricdə fəaliyyət göstərən müəyyən dairələrin Azərbaycanın daxili işlərinə müdaxilə etdiyi zaman onlar buna qarşı çıxmırlar. Məhz bunun nəticəsidir ki, cəmiyyət radikal müxalifəti dəstəkləmir. Görünür bu səbəbdən, xarici təşkilatlardan kömək istəməklə ayaqda qala bilmələri üçün müəyyən cəhd göstərirlər".

Millət vəkili Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş, balanslı siyasətinin bu gün Azərbaycana çox böyük uğurlar gətirdiyini vurğulayıb: "Azərbaycan bu gün Avropanın təhlükəsizlik amilində böyük bir rol oynayır. Azərbaycanda silahlı qüvvələr bu gün NATO standartlarına uyğun şəkildə qurulub. Azərbaycanda Avropa dəyərlərinin inkişafında böyük işlər görülür. Azərbaycan bu gün yaxın qonşuları olan ölkələrlə bütün sahələrdə əməkdaşlığını qurmaqdadır. Azərbaycan bu gün öz maraqlarının digər dövlətlər tərəfindən dəstəklənməsinə nail olmaqdadır".

Aydın Mirzəzadə xalqın mövcud hakimiyyətə dəstək olduğunu da qeyd edib: "Bu gün Azərbaycan iqtidarı xalq tərəfindən dəstəklənir. Ona görə də radikal müxalifətin bu kimi fikirlərə qarşı çıxmasını ciddi qəbul etmək lazım deyil".

sia.az

Digər xəbərlər