PDF Oxu

Siyasət

  • 26

Azay Quliyev Erməni nümayəndə heyəti rəhbərinin təklifinə qarşı çıxıb

Azay Quliyev Erməni nümayəndə heyəti rəhbərinin təklifinə qarşı çıxıb

Bu gün Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü yay sessiyası artıq 4-cü gündür ki, davam edib. SİA-nın məlumatına görə, sessiya çərçivəsində qurumun Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin növbəti toplantısı keçirilib.Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev "ATƏT regionunla mədəni mülkiyyətin müdafiəsi" barədə qətnamə layihəsi təqdim edib.Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan layihəyə bir neçə düzəliş təklifi irəli sürüb. Erməni nümayəndə heyətinin rəhbəri qeyd edib ki, 1976-cı ildə BMT mədəni mülkiyyətlə bağlı sənəd qəbul edib və qətnamə layihəsinin BMT-nin sənədinə əsaslanması yaxşı olardı. Azay Quliyev isə qətnamə layihəsinin mətninin qısa olması üçün bu düzəlişə qarşı çıxıb və ssvermə nəticəsində Artaşees Geqamyanın təklif etdiyi düzəliş qəbul olunmayıb.Artaşes Geqamyan qətnamə layihəsinin 13-cü bəndinə də düzəliş təklif edib. Həmin bənddə qeyd edilir ki, beynəlxalq və qeyri-beynəlxalq silahlı münaqişələr, o cümlədən işğal zamanı ölkələr mədəni mülkiyyətləri beynəlxalq hüququn prinsip və müqavilələrinə, o cümlədən UNESCO-nun tövsiyələrinə uyğun qorumalıdır. Erməni nümayəndə heyətinin rəhbəri təklif edib ki, ölkələr konkret olaraq öz ərazilərində mədəni mülkiyyətin qorunması fəaliyyətini həyata keçirsinlər.Azay Quliyev bu təklifə qarşı çıxıb. Vurğulanıb ki, münaqişədən əziyyət çəkən ölkələrlə bağlı bu düzəliş qəbul edilə bilməz. Beləki ərazisi işğal edilən dövlət işğal altındakı ərazilərdə mədəni mülkiyyəti qoruya bilməz.Düzəliş 14 lehinə, 18 əleyhinə, 9 bitərəf olmaqla qəbul edilməyib.A. Geqamyanın yalnız texniki xarakterli iki düzəlişi qəbul olunub. O, sonda ATƏT regionunda mədəni mülkiyyətin qorunmasına dair yeni mexanizm yaradılması ilə bağlı qətnamə layihəsində yer alan müddəaya qarşı çıxıb. Azay Quliyev isə ATƏT regionunda mədəni mülkiyyətin qorunması üçün əlavə mexanizm yaradılmasını zəruri saydıqlarını vurğulayıb. Onun sözlərinə görə, belə mexanizmin yaradılması mədəni mülkiyyətin qorunmasını asanlaşdıracaq. Lakin təklif 11 lehinə, 31 əleyhinə, 6 bitərəf olmaqla rədd edilib.Qətnamə layihəsi səsverməyə çıxarılıb və qəbul olunub.

sia.az

Digər xəbərlər