PDF Oxu

Siyasət

  • 23

Dünyada 51 milyon qaçqın və məcburi köçkünün olması ciddi rəqəmdir

Dünyada 51 milyon qaçqın və məcburi köçkünün olması ciddi rəqəmdir

Bu gün ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində təşkilatın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İzabel Santos tərəfindən təklif olunan ATƏT regionunda qaçqınların vəziyyəti ilə bağlı qətnamə layihəsi müzakirə edilib. SİA-nın məlumatına görə, qətnamə layihəsi təqdim edən İzabel Santos qaçqın probleminin dünyada son həddə çatdığını qeyd edərək, bu problemin qarşısının alınması üçün bütün dünya dövlətlərinin ümumi siyasət yürütməsinin vacibliyini qeyd edib: "Dünyada artıq 51 milyon qaçqın və məcburi köçkün mövcuddur ki, bu da olduqca ciddi rəqəmdir".Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qətnamə layihəsini dəstəkləyərək, deyib ki, çox təəssüf dünyada olan 51 milyon qaçqından 1 milyondan çoxu Azərbaycanın payına düşür: "Bu insanlar münaqişə nəticəsində öz ölkələrində çox ağır duruma düşüb, bir çox haqlardan məhrum olublar. Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi işlər görür. Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayının artıq 1 milyon 200 min nəfəri keçib: "Bu problemin nəticələrin müzakirə etmək yox, onun səbəblərinin müəyyən edib qarşısını almaq lazımdır".Müzakirələrdən sonra qətnamə layihəsi səsə qoyularaq qəbul edilib.Qətnamə layihəsində ATƏT-ə üzv ölkələrin bu problemin qarşısnın alınmpası istiqamətində birgə fəaliyyətin və beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanır.

sia.az

Digər xəbərlər