Bu gün terrorizm bütün dünya dövlətlərini təhdid edir. Hesab edirən ki, bu mövzu ətrafında qətnamənin qəbul edilməsi qanunauyğundur". SİA-nın məlumatına görə, bunu gün Bakıda keçirilən ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin növbəti iclasında çıxışı zamanı Milli Məclisin Sədr müavini Bahar Muradova deyib.Sədr müavinin sözlərinə görə, dini baxışlarına görə insanların terror halları ilə qarşılaşmasına da rast gəlinir: "Bu məsələlər yalnız diskussiya şəklində qalmamalıdır. Bu günə kimi beynəlxalq praktikada çoxsaylı sənədlər olub".Bahar Muradova deyib ki, bu gün bəşəriyyət terror qarşısında çox ciddi təhlükədədir: "Azərbaycan qanunverciliyi bu məsələləri daim öndə tutur. Hesab edirəm ki, belə sənədlərin qəbulu bizim sayıqlığımızı artırır. Burada heç nə milli maraqları üstələyə bilməz".
sia.az