Bu gün ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında komitənin səlahiyyətli nümayəndələri seçilib. SİA-nın məlumatına görə, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev yenidən komitənin sədr müavini seçilib. Qeyd edək ki, A.Quliyev komitənin sədr müavinliyi vəzifəsinə yeganə namizəd olub.
sia.az