Gəncə şəhər icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının dəstəyi və şəhər təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə 2 günlük yay düşərgəsi reallaşıb. Azərbaycanın ən dilbər guşələrindən olan Gəncə şəhər Hacıkənd qəsəbəsində, təbiət qoynunda baş tutan "İnkişaf akademiyası" adlı layihənin əsas məqsədi partiyanın üzvləri olan fəal gənclərin birlik və həmrəyliyinin möhkəmləndirilməsini, əlaqələrinin genişləndirilməsini, siyasi dünyagörüşünün formalaşmasını və gənclərin asudə vaxtının səmərəli keçirilməsini təmin etməkdən ibarətdir.Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev layihə iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb.YAP Gəncə şəhər təşkilatı gənclər birliyinin sədri Fərid Dünyamalıyev layihənin mahiyyəti və qaydaları barədə, son illər gənclərin iştirakı ilə Gəncədə keçirilən beynəlxalq tədbirlər, layihələr haqqında geniş məlumat verib. Tədbirdə tələbə-gənclərin iştirakı ilə keçirilən layihə çərçivəsində "Yaradıcı potensialın və kreativliyin kəşfi metodları", "Sosial marketinq", "Kiber Təhlükəsizlik və Azərbaycanın rolu" adlı təlimlər, diskoteka və müxtəlif simulyar oyunlar təşkil olunub. Açıq havada keçirilən təlimlər, oyunlar iştirakçıların böyük marağına səbəb olub.Layihədə iştirak etmək üçün 142 nəfər müraciət etmiş və onların sırasından 30 nəfər seçilmişdir. "İnkişaf akademiyası" layihəsi yay tətili boyunca mütəmadi olaraq keçiriləcək və yeni gənclər bu təlimlərdən faydalanacaq. Sonda layihədə fəal iştirak edən gənclərə sertifikatlar verilib.
R.NURƏDDİNOĞLU