PDF Oxu

Siyasət

  • 35

Azay Quliyev: "Dövlətlər arasında ciddi dialoqa ehtiyac var"

Azay Quliyev: "Dövlətlər arasında ciddi dialoqa ehtiyac var"

"ATƏT PA-nın qəbul etdiyi qərarların effektiv icra mexanizmini tapa bilməməsi hamımızı narahat edir və bu uzun müddətdir ki, müzakirə mövzusudur". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü, təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində iyulun 2-də keçirilən müzakirələr zamanı diqqətə çatdırıb.10 ilə yaxındır ki, ATƏT PA-nın işində iştirak etdiyini deyən Azay Quliyev bildirib ki, bu müddət ərzində qəbul olunmuş qəraların icrasında çətinliklər movcud olub: "Bu hamını narahat etsə də, bununla bağlı qəti qərar verə bilmirik. Bunun üçün effektli bir mexanizm tapa bilmirik. Biz bəzən dialoqdan danışırıq. Təəssüf ki, biz bu dialoqu da yüksək səviyyədə təşkil edə bilmirik. Bu gün parlamentarilər, beynəlxalq təşkilatlar və dövlətlər arasında ciddi dialoqa ehtiyac var.Bir çox məsələlərdə biz dialoq məsələsini daha da genişləndirməliyik. Ona görə də, hesab edirəm ki, ATƏT PA gələcəkdə hökumətlərlə istənilən mövzuda dialoqa hazır olmalıdır. Biz bu sessiya çərçivəsində vətəndaş institutları ilə bağlı bir sıra görüşlər keçirdik. Hesab edirəm ki, Azərbaycanda keçirilən bu görüşlər yaxşı bir nümunə oldu. Azərbaycan hökuməti bundan sonra da vətəndaş cəmiyyəti institutları ilə dialoqu davam etdirəcək və inanırıq ki, ATƏT PA da bu işə öz töhfəsini verəcək".

sia.az

Digər xəbərlər