"Azərbaycan dövləti çox ciddi işlərlə məşğuldur. ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasına buraxılış müvafiq qəbul olunmuş prosedurlara uyğun olaraq həyata keçirilir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu AXCP sədri Əli Kərimlinin Bakıda keçirilən ATƏT PA-nın sessiyasına buraxılmamasına görə Azərbaycan dövlətini günahkar bilməsinə münasibət bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, müxtəlif görüşlər, qarşılıqlı təmaslar və fikir mübadiləsi mütləq beynəlxalq tədbirlərin standartına uğun şəkildə təşkil olunur: "Əgər kimsə partizanlıq edib bu məsələlərdən sui-istifadə etmək istəyirsə, günahı onun özündə axtarmaq lazımdır. Hesab edirəm ki, qeyri-qanuni və qeyri-protokol yolları ilə kimləsə görüşməyə cəhd etmək və bunu baş tutmamış kimi göstərmək Əli Kərimlinin bu vaxta qədər nümayiş etdirdiyi imicinə çox uyğun gəlir. Əminəm ki, burada əsas məqsəd kimləsə görüşmək və fikir mübadiləsi aparmaq deyil, əksinə öz ətrafında siyasi şou düzəltməkdən ibarətdir. Düşünürəm ki, Azərbaycan mətbuatı bu məsələyə nə qədər az diqqət yetirsə bu, bir o qədər yaxşı olar".
sia.az