PDF Oxu

Siyasət

  • 11

Azərbaycan polisi həmişə dövlətə və cəmiyyətə sədaqətlə xidmət edib

Azərbaycan polisi həmişə dövlətə və cəmiyyətə sədaqətlə xidmət edib

Ağcabədidə polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Rayonun polis işçiləri ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül-çiçək düzmüş, xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.

Burada keçirilən tədbirdə çıxış edənlər polis işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açmış, Azərbaycan polisinin həmişə dövlətə, cəmiyyətə sədaqətlə xidmət etdiyini vurğulamışlar.

Tədbirdə rütbələrində yüksələn polis əməkdaşlarına yeni rütbələr təqdim edilmişdir. Xidmətdə fərqlənmiş bir qrup polis əməkdaşına fəxri fərmanlar, 3 nəfərə isə həyətyanı torpaq sahəsi verilmişdir.

Sonda polis işçiləri Heydər Əliyev Mərkəzini ziyarət etmiş və Ulu Öndərin zəngin həyat və fəaliyyətindən əks etdirən eksponatlarla tanış olmuşlar.

sia.az

Digər xəbərlər