PDF Oxu

Siyasət

  • 10

PA rəsmisi: "Bu proses bu gün də davam edir"

PA rəsmisi: "Bu proses bu gün də davam edir"

"Azərbaycanda Gənclər və İdman Nazirliyi öz öhdəsinə düşən işi uğurla yerinə yetirir". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclər Fondu Müşahidə Şurasının sədri Tahir Süleymanov "Azərbaycan Könüllülük Xidməti" Proqramı və "Gənclər mərkəzləri və gənclər evləri" Virtual xəritəsinin təqdimatı mərasimində çıxışı zamanı deyib.PA rəsmisinin sözlərinə görə, qurum yarandığı ilk gündən gənclər təşkilatları ilə sıx əlaqə qurub: "Bu proses indinin özündə də davam edir. Bu gün Azərbaycanda 3 min qeyri-hökumət təşkilatları Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Bu təşkilatların 300-nü Axərbaycan gənclər təşkilatları təşkil edir. Hər bir gənclər təşkilatı bir liderlik deməkdir. Təbii ki, belə təşkilatları öz ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) da çox fəaldır.Bu gün Azərbaycanın 28 rayonunda Gənclər Mərkəzləri və evləri fəaliyyət göstərir. Azərbaycan son dövlər çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayıb. Biz indiyədək keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bunlardan ən böyüyü Azərbaycanda keçirilən "Avroviziya" mahnı müsabiqəsi olub. Artıq gələn il də ölkəmizdə Bakıda 2015 Avropa Olimpiya Oyunları keçiriləcək. Təbii ki, bütün bunlar ölkəmizin uğurları sayılır".

sia.az

Digər xəbərlər