PDF Oxu

Siyasət

  • 10

Fazil Mustafa: “Əli Kərimli ətrafında reklam formalaşdırmaq üçün bəhanə axtarır”

Fazil Mustafa: “Əli Kərimli ətrafında reklam formalaşdırmaq üçün bəhanə axtarır”

"Əli Kərimlinin ATƏT-in Bakıda keçirilən sessiyasında iştirak etməsi üçün rəsmi dəvət almamasına rəğmən, onun tədbirin keçirildiyi məkana buraxılmaması həm də texniki məsələ ola bilər". Bu fikirləri SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin sessiyanın keçirildiyi binada avropalı deputatlarla görüşə bilməməsi ətrafında süni ajiotaj yaradaraq məsələnin beynəlxalq müstəviyə qədər gedib çıxması iddialarına münasibət bildirərkən deyib.

BQP sədrinin fikrincə, burada Azərbaycan hakimiyyətini günahlandırmaq yersizdir. Çünki Azərbaycan demokratik bir ölkədir: "Yəni istənilən şəxs, istənilən yerdə görüşmək hüququna malikdir. Ona görə də bu məsələdə kimsə nəsə deyirsə, ittihamlar irəli sürürsə, ilk növbədə bunun həm də texniki məsələ olduğunu bilməlidir. Digər tərəfdən, Azərbaycan hakimiyyəti üçün, yaxud da siyasi palitrada olan qüvvələr üçün bir nəfərin hansısa avropalı deputatla görüşməsi nəyi dəyişəcək? Yəni burada hər hansı bir fəlakət yaratmağa nə ehtiyac var?".

Fazil Mustafa ATƏT-in sessiyasında müxalifət nümayəndələrinin də iştirak etdiyini xatırladaraq bildirib ki, AXCP sədri sözügedən məsələni özünü reklam etdirmək üçün şişirdir: "Həmin sessiyada müxalifətn nümayəndələri də iştirak ediblər. Ona görə də hesab edirəm ki, Əli Kərimlinin oraya buraxılmaması sırf texniki məsələdir və bunu özünə yaxın mətbuat vasitəsilə şişirtəməyə heç bir ehtiyac yoxdur. Onsuz da o, ətrafında reklamın formalaşması üçün bir bəhanə axtarır və bəhanəni indi də bu formada davam etdirir".

sia.az

Digər xəbərlər