PDF Oxu

Siyasət

  • 8

Proqram və Virtual xəritənin təqdimatı keçirilib

Proqram və Virtual xəritənin təqdimatı keçirilib

Bu gün "Azərbaycan Könüllülük Xidməti" Proqramı və "Gənclər mərkəzləri və gənclər evləri" Virtual xəritəsinin təqdimatı keçirilib. SİA-nın məlukatına görə, tədbirdə Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclər Fondu Müşahidə Şurasının sədri Tahir Süleymanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, millət vəkili Hadı Rəcəbli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seydizadə və digər rəsmi qonaqlar iştirak edib.Mərasimə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.Daha sonra "Gənclər Evləri və Gənclər Mərkəzləri" Virtual xəritəsinin, eləcə də "Azərbaycan Könüllülük Xidməti" Proqramının təqdimatı keçirilib.Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seydizadə Azərbaycan Könüllülük Xidməti Proqramının əsas məqsədi öllkədə könüllü hərəkatına təkan vermək, könüllülərin inkişafı və onların idarə edilməsində və ölkədəki gənclər evləri və mərkəzləri arasında gənc könüllülərin mübadiləsinə dair standartların tələb ediıməsidir. Proqram iyun ayında start götürməklə ilin sonunadək həyata keçiriləcək və ölkənin 60 gənc liderini və 15 gönclər evini və mərkəzini əhatə edəcək. Proqram çərçivəsində könüllülərlə iş üzrə yerli koordinatorların hazırlanması, yerlərdə könüllülərin 1 aylıq mübadiləsi və təcrübəsi proqramının təşkil olunması planlaşdırılır.Vurğulanıb ki, "Gənclər mərkəzləri və Gənclər evləri" virtual xəritəsinin əsas məqsədi, əlaqə məlumatlarına və 3D vidoe-turun vasitəsilə ölkənin gənclər evlərinin və mərkəzlərinin elektron resurs şəbəkəsinin yaradılması idi.Bu ilin 6 ayı ərzində (yanvar-iyun) həyata keçirilən layihə çərçivəsində 28 gənclər mərkəzləri və evləri arasında sorğu keçirilib və 3D vidoe çəkilişləri həyata keçirilib. Bu işin nəticəsi olaraq ölkənin gənclər siyasəti, Dövlət Gənclər Proqramının və digər məlumatlarla birgə "Gənclər mərkəzləri və Gənclər evləri" virtual rssurs mərkəzi yaradılıb.Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclər Fondu Müşahidə Şurasının sədri Tahir Süleymanov bidlirib ki, Azərbaycanda Gənclər və İdman Nazirliyi öz öhdəsinə düşən işi uğurla yerinə yetirir.PA rəsmisinin sözlərinə görə, qurum yarandığı ilk gündən gənclər təşkilatları ilə sıx əlaqə qurub: "Bu proses indinin özündə də davam edir. Bu gün Azərbaycanda 3 min qeyri-hökumət təşkilatları Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Bu təşkilatların 300-nü Axərbaycan gənclər təşkilatları təşkil edir. Hər bir gənclər təşkilatı bir liderlik deməkdir. Təbii ki, belə təşkilatları öz ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) da çox fəaldır.Bu gün Azərbaycanın 28 rayonunda Gənclər Mərkəzləri və evləri fəaliyyət göstərir. Azərbaycan son dövlər çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayıb. Biz indiyədək keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bunlardan ən böyüyü Azərbaycanda keçirilən "Avroviziya" mahnı müsabiqəsi olub. Artıq gələn il də ölkəmizdə Bakıda 2015 Avropa Olimpiya Oyunları keçiriləcək. Təbii ki, bütün bunlar ölkəmizin uğurları sayılır".Sonra digər çıxış edənlər proqramın əhəmiyyətindən və Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar.Qeyd edək ki, "Azərbaycan Könüllülük Xidməti" Proqramı və "Gənclər mərkəzləri və Gənclər evləri" Virtual xəritəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

sia.az

Digər xəbərlər