PDF Oxu

Siyasət

  • 9

Qabil Hüseynli: "Rusiyanın Azərbaycana meyllənməsi səbəbsiz deyil"

Qabil Hüseynli: "Rusiyanın Azərbaycana meyllənməsi səbəbsiz deyil"

"Qərbin sanksiyaları və aparılan müharibə əməliyyatları Rusiyanın iqtisadiyyatında tənəzzül elementlərini üzə çıxarır. Eyni zamanda Rusiya dünyadan təcrid olunmağa başlayıb. Rusiya da belə şəraitdə gələcəkdə pis istiqamətdə baş verəcək proseslərin qarşısını almaq üçün Avrasiya İttifaqını təsis etdi. Həmin quruma Ukraynanı da daxil etmək istəyirdi, lakin həmin ölkə hazırda sıradan çıxdıqdan sonra onun yerini doldura biləcək dövlət lazımdır. Bu da post-sovet ölkələri içərisində iqtisadi potensialı güclü olan Azərbaycandır. Odur ki, Rusiya yanında məhz Azərbaycanın olmasına ehtiyac duyur". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın Avrasiya İttifaqı sıralarının Azərbaycan hesabına genişləndirmək üçün Ermənistanı güzəştə getməyə məcbur etməsi məsələsinə aydınlıq gətirərkən deyib.Onun sözlərinə görə, Rusiyanın strateji planlarda Azərbaycanla bağlı bir sıra niyyətləri var: "Bu da onların Cənubi Qafqazda öz nüfuzlarını qoruyub saxlamasıdır. Belə olduğu halda Ermənistan Rusiyaya sərf etmir. Çünki Ermənistan zəif və iqtisadiyyatı çökmüş ölkədir. Eyni zamanda strateji əhəmiyyəti də böyük deyil".Q.Hüseynli onu da qeyd edib ki, Rusiya keçmiş sovet respublikalarının hamısını Avrasiya İttifaqının tərkibinə daxil etmək istəyir: "Ancaq həmin ölkələrin əksəriyyəti artıq Rusiyanın təsir dairəsindən çıxıb. Yerdə qalan dövlətlərin isə iqtisadiyyatı olduqca zəifdir. Ona görə də Rusiyanın Azərbaycana meyllənməsi heç də səbəbsiz deyil".

sia.az

Digər xəbərlər