PDF Oxu

Siyasət

  • 12

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş Rüstəmov Sərdar Ağalar oğlunun məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılmışdır.

Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 30-na təyin edilmiş iclasında baxılacaqdır.

AzərTAc

Digər xəbərlər