"Təbii ki, bu ağır vəziyyətlər Azərbaycanda da yaşayıb. Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycanın gücünü, inkişafını dünyaya tanıtdırması bəzi dairələr tərəfindən qısqanclıqla yanaşılır". SİA-nın məlumatına görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu regionda baş verən prosesləri şərh edərkən belə deyib.Siyasi şərhçinin sözlərinə görə, bu gün Ukraynada baş verənlər dünyanın geosiyasi prosesində kifayət qədər önəmli yer tutur: "Orada prezident seçkiləri keçirildi və bunun da nəticəsi hər kəsə məlumdur. Hesab edirəm ki, burada əsas müzakirə mövzusu elə Ukraynanln düşdüyü vəziyyətdir.Bu gün Ermənistan futbol topu kimi ora-bura atılır. Bu gün Azərbaycan torpaqlarının işğal altında qalmasının başlıca səbəbkarı Rusiya dövlətidir. Əgər indiki anda Qazaxıstan və Belarusiya Ermənistanın Avrasiya İttifaqına qoşulmasına icazə versələr, işğalçı ölkə MDB məkanında da işğalçılıq siyasətini davam etdirəcək. Ermənistan bu gün Azərbaycan torpaqlarını işğal etməklə böyük borc yükü yaşayır. Ermənistan arxayındır ki, Rusiya Avrasiya İqtisadi İttifaqına qoşulacaq. Ermənistanın Rusiyanın tərkibinə daxil olması onun geosiyasi maraqları baxımından daha faydalıdır. Bu mənada hesab edirəm ki, Ermənistanın Rusiyanın tərkibinə daxil olması daha vacibdir.Hətta qeyd edilir ki, Ermənistan Azərbaycanın 3 rayonunu qaytaracaq və nəticədə Azərbaycan da Avrasiya İqtisadi İttifaqına daxil olacaq. Mən isə deyirəm ki, bütün bunlar yalandır və absurd fikirlərdir. Düşünürəm ki, biz Rusiya ilə münasibətlərimizi yüksək dəyərləndirməliyik. İran, Türkiyə və bunların arasında dayanan əsas dövlət Azərbaycandır".
sia.az