PDF Oxu

Siyasət

  • 19

YAP İsmayıllı rayon təşkilatının şura iclası keçirilib

YAP İsmayıllı rayon təşkilatının şura iclası keçirilib

YAP İsmayıllı rayon təşkilatında cari ilin 6 ayında görülən işlərin yekunlarına dair şura iclası keçirilib. Tədbirdə YAP İsmayıllı rayon təşkilatının fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu müddətin Azərbaycanda sosial-iqtisadi intibah dövrü kimi tarixə düşdüyünü nəzərə çatdırıb:"Bu müddət ərzində Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş vermiş, ölkəmiz dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilərək, dövlətimizin beynəlxalq aləmdə, dünya birliyində mövqeyi daha da möhkəmlənmişdir.Həyatımızda baş verən ciddi, müsbət dəyişikliklər Ulu Öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla, parlaq şəkildə davam etdirilməsinin nəticəsidir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin kökündə insanların rahat həyat tərzi, əhalinin sosial-rifah halının daha da yüksəlməsi dayanır. Prezident İlham Əliyevin ötən 10 illik prezidentliyi dövründə elə bir sahə yoxdur ki, orada islahatlar aparılmasın və dinamik inkişaf olmasın. Həmçinin, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi və güclü Azərbaycan naminə misilsiz fəaliyyətində Prezident İlham Əliyev bir daha sübut etdi ki, O, Ümummilli Lider Heydər Əliyev siyasi kursunu tam sədaqətlə davam etdirir".

Rayon təşkilatının sədri son illər ərzində həm bölgədə, həm də dünyada çox böyük nüfuz qazanan, söz sahibi olan, ildən ilə yeni-yeni zəfərlərə imza atan Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib. O, qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının yeni modeli Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılıb və bu gün bu strateji kursu uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin edib:"Cənab Prezident İlham Əliyevin Avropa Şurasındakı milli maraqlarımız naminə çox dəyərli və beynəlxalq əhəmiyyətli son çıxışı Azərbaycanın regiondakı gücünü, dünya arenasındakı mövqeyini bir daha sübut etdi. Məhz bütün sadalanan faktlar əsasında əminliklə söyləmək olar ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, beynəlxalq təşkilatlarda aparıcı söz sahibidir, müstəqil xarici siyasət yeridir".

Ə.Vahabova bildirib ki, cəmiyyətimizin siyasi həyatında aparıcı qüvvə hesab edilən və bunu əməli fəaliyyəti ilə sübut edən YAP Azərbaycanın bir-birindən uğurlu qalibiyyət yürüşlərində öz Lideri Cənab İlham Əliyevin yorulmaz və əməli fəaliyyətinə dəstək olmuş, təkanverici qüvvə kimi səfərbəredici rol oynamışdır.

Daha sonra YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev görülən işlər barədə məlumat verərək bildirib ki, öz ətrafında 85 ərazi ilk partiya təşkilatını birləşdirən YAP İsmayıllı rayon təşkilatı son 6 ayda daha da güclənmiş, onun sıraları kəmiyyət və keyfiyyət baxımından genişlənmişdir: "Hal-hazırda rayon təşkilatında YAP üzvlərinin sayı 7779 nəfərə çatıb. Onların 2861 nəfərini, 36,8 %-ni qadınlar, 3076 nəfərini 39,5%-ni isə gənclər təşkil edir. YAP-ın Sədri Cənab İlham Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, hesabat ilində partiya sıralarına qəbul edilənlərin əksəriyyəti gənclərdir. 2014-cü ilin 6 ayı ərzində partiya üzvlüyünə qəbul olunan 170 nəfərdən 126 nəfəri gənclərdir. Partiyaya qəbul zamanı Böyük Öndər, partiyamızın banisi Heydər Əliyev ideyalarına, partiyaya bağlı, sadiq, möhkəm əqidəli, dövlətçiliyimizi müdafiə edən və ona sədaqətli olan gənclərin keyfiyyətləri əsas meyar kimi götürülüb. Hər bir partiya üzvünün fəaliyyəti partiyanın yaradıcısı, qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun, sürətli inkişaf strategiyasının uğurla həyata keçirilməsinə yönəldilib".

Rayon təşkilatının aparat rəhbəri Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsinin xüsusi diqqət mərkəzində saxlanıldığını qeyd edərək, rayonda yaradılmış Heydər Əliyev məktəbinin məşğələlərinin müntəzəm təşkil olunduğunu diqqətə çatdırıb. A.Nəbiyev bu ilin birinci yarısında mühüm ictimai-siyasi əhəmiyyət, aktuallıq kəsb edən müxtəlif mövzularda tədbirlər keçirildiyini, əsas diqqətin isə ərazi ilk partiya təşkilatları ilə işə yönəldilyini qeyd edib.

Daha sonra YAP İsmayıllı rayon təşkilatının şura üzvləri İsmayıl Tarıverdiyev, Murad Həbibov, Vidadi Zərbiyev, Zaur Muradov, YAP İsmayıllı rayon təşkilatı qadınlar şurası sədr müavini Gülnar Mikayılova, ərazi ilk partiya təşkilatı sədrləri Fuad Məmmədəliyev, Qalib Nəbiyev və başqaları çıxış edərək, Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər bir regionunda olduğu kimi burada da tikinti-quruculuq, abadlıq işlərinin ildən-ilə daha böyük miqyas aldığını və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə yeni-yeni iş yerlərinin açıldığını bildiriblər. Natiqlər Yeni Azərbaycan Partiyasının Sədri, Cənab Prezidentin liderlik keyfiyyətlərindən, ölkəmizin güclənməsi və qüdrətlənməsi, inkişafı naminə apardığı uğurlu, siyasətindən qürur duyduqlarını, fəxarət hissi keçirdiklərini qeyd ediblər. YAP-ın ölkənin uğurlarında, ictimai-siyasi həyatında rolunun ildən-ilə artdığını, onun daha güclü, monolit, vahid siyasi bir qüvvəyə çevrildiyi vurğulanıb.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər