"Yaxın bir-iki ay ərzində Azərbaycan Hökuməti qanunsuz tikililərlə bağlı müvafiq qərarın qəbul edəcək". SİA-nın xəbərinə görə, bu sözləri baş nazirin müavini Abid Şərifov jurnalistlərə verdiyi açıqlamasında deyib.Onun sözlərinə görə, hazırda bu məsələyə baxılır: "Azərbaycan hökuməti qanunsuz tikililərlə bağlı tədbirlər görəcək. Hazırda biz bu məsələyə baxırıq. Qanunsuz tikililər ciddi problem olaraq qarşımızda dayanır. Vətəndaşlar sürüşmə zonasında, yüksək gərginlikli elektrik xətlərinin alında və qaz kəmərlərinin yaxınlığında torpaq alıb, ev tikirlər. Sonra bu problemlər meydana çıxır, təhlükəli vəziyyət yaranır. Belə hallar həm bölgələrdə, həm də Bakıda mövcuddur. Onu deyə bilərəm ki, biz bir neçə ay müddətində həm Bakıda, həm də bölgələrdə qanunsuz tikililərin inşasına qarşı daha ciddi tədbirlər görməyi düşünürük".Şərifov əlavə edib ki, tədbirlər planı vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
sia.az