Bu gün Qaradağ rayon çağırışçılarının daha bir qrupu həqiqi hərbi xidmətə yola salınıb. SİA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi, mayor Novruz Rəhimov həqiqi hərbi xidmətə gedən çağırışçıları təbrik edərək Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib. O, gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evə qayıtmalarını arzulayıb.
sia.az