PDF Oxu

Siyasət

  • 24

Politoloqdan SƏRT AÇIQLAMA

Politoloqdan SƏRT AÇIQLAMA

Elman Nəsirli: "Pol Flinn istərsə də onun kimiləri hər zaman hansısa qüvvələrin əlində alət rolu oynayıblar"

"O insanlar ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin iyun ayının 24-də AŞPA-da məlum və möhtəşəm çıxışından narahat olublar və hələ də buna rekasiya verirlər demək onların "siyasətləri" heç bir effekt verməyib". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli Britaniyanın Leyboristlər Partiyasından olan deputatı Pol Flinnin "Azad Avropa" radiosuna verdiyi müsahibəsində Azərbaycanın ölkə rəhbərliyinə qarşı yenidən qərəzli münasibət sərgiləyən çıxışını şərh edərkən deyib.Politoloq vurğulayıb ki, əslində bir sıra avropalı deputatların, eləcə də adıçəkilən Britaniyalı deputatın Azərbaycan Prezidentinə verdiyi sual təxribatçı sual olub. Belə ki, istər Pol Flinn, istərsə də onun kimiləri hər zaman hansısa qüvvələrin əlində daim alət rolu oynayıblar: "Onlar məhz bu yolla istəyirlər ki, Azərbaycana qarşı müəyyən mənada təzyiq etsinlər, ölkəmizi tutduğu yoldan sapdırsınlar. Amma onlar cənab Prezidentin qəti mövqeyindən və bu kimi qərəzli suallara verilən mükəmməl cavabından ona görə narazı qalıblar ki, ölkə başçımız məhz müstəqil dövlətin başçısı kimi danışdı. Cənab Prezident regional lider bir dövlətin Prezidenti kimi danışdı. Cənab Prezidet Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən ölkənin rəhbəri kimi danışdı. Cənab Prezident iki il BMT-nin Təhlükəsizlik Şurasına üzv olan dövlətin başçısı kimi danışdı. Yəni bütün bunlar bir daha onu təsdiq edir ki, Prezident İlham Əliyev beynəlxalq siyasəti çox mükəmməl bilir. Pol Flinn kimilərindən fərqli olaraq, bir çox beynəlxalq qüvvələr də bu faktoru yüksək qiymətləndirirlər. Ortadakı siyasi oyunçuların kimliyini, hansı əqidənin daşıyıcısı olduğunu, kimlərə xidmət etdiklərini çox gözəl dərk edirlər. Ona görə də cənab Prtezident Böyük Britaniya təmsilçisinin də hansı dairələr tərəfindən təlimatlandırıldığının tam fərqindədir. Belə qüvvələr isə həmişə olub. Hesab edirəm ki, onların Azərbaycan haqqında bilgiləri ümumiyyətlə yoxdur".Elman Nəsirli daha bir maraq doğuran məqama toxunaraq illər öncə Azərbaycana edilən haqsızlığı xatırladıb: "Hələ 1992-ci ildə Azərbaycana qarşı 907-ci maddə tədbiq olunarkən ABŞ Konqresində əyləşib sözügedən qətnamənin lehinə səs verən konqresmenlərin böyük bir qismi elə sanırmışlar ki, Azərbaycan Fars körfəzi regionuna aid olan dövlətdir . Bunlar elə bilirmişlər ki, Azərbaycan Səudiyyə Ərəbistanının, Qətərin, Bəhreynin, Omanın, BƏƏ-nin qonşiluğunda yerləşmiş bir dövlətdir. Məhz bu cür düşünə ilə də Azərbaycanın əleyhinə səs vermişdilər. Yəni onlar üçün əsas məsələ onların ağalarının verdiyi göstərişlər, təlimatlar əmrlərdir. Onlar isə bunu icra edənlərdirlər".Politoloq ölkə Prezidentinin bütün bu incəlikləri çox gözəl bildiyini vurğulayıb və qeyd edib ki, məhz buna görə də qərəzli sual verənlərə sərt qarşılıq verib: "Çünki yalana başqa cür cavab vermək mümkün deyil. Əgər yalan qarşısında verilən cavab yumşaq olsaydı qarşı tərəf bunu bir növ yerinə yetirilmiş missiya kimi qəbul edəcəkdi. Prezidentin çıxışına hazırda da reaksiyanın verilməsi isə bir daha göstərir ki, əslində, O öz mütərəqqi siyasəti ilə hədəfə çatıb və hədəfi vurub. Məhz Qərb mediasında verilən bu redksiyanın özü də deyilənləri kifayət qədər təsdiq edir".

sia.az

Digər xəbərlər