PDF Oxu

Siyasət

  • 50

Professor Zahid Qaralovun 80 illik yubileyinə həsr edilmiş konfrans keçirilib

Professor Zahid Qaralovun 80 illik yubileyinə həsr edilmiş konfrans keçirilib

İyulun 9-da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralovun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş konfrans işə başlamışdır.Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov yubilyarın zəngin həyat və fəaliyyəti haqqında məlumat vermiş, onun ümummilli lider Heydər Əliyevin yaratdığı YAP-ın formalaşdırılmasında böyük xidmətləri olduğunu diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, Zahid Qaralov ölkənin ən çətin anlarında ulu öndər Heydər Əliyev ideyalarının müdafiəsi istiqamətində böyük fədakarlıqlar göstərmişdir.Sonra YAP Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov "Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğində Zahid Qaralovun fəaliyyəti" mövzusunda məruzə ilə çıxış etmişdir.

AzərTAc

Digər xəbərlər