PDF Oxu

Siyasət

  • 37

XİN rəsmisi: “Ceyms Uorlik bunu nəzərdə tutursa, mən onunla razıyam"

XİN rəsmisi: “Ceyms Uorlik bunu nəzərdə tutursa, mən onunla razıyam"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret məsələlər ortadadır. Bunların həll edilməsi üçün prinsiplər aydındır". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin status-kvo ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.Araz Əzimovun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bildirib ki, problemin həllini hazırda durduğu nöqtədən irəliyə aparmaq üçün müzakirələrə hazırdır: "Bu müzakirələrdə Azərbaycanın təklif etdiyi məsələlər aydındır. Öncə konkret tədbirlərin - işğal olunmuş ərazilərin boşaldılmasının gündəliyi, xronoloji sırası və ona paralel olaraq digər tədbirlərin görülməsi, qoşunların işğal olunmuş ərazilərdən geri çəkilməsi ilə torpaqların Azərbaycanın nəzarətinə alınması, yerli hakimiyyət orqanlarının bərpa edilməsi, təmizləmə işlərinin aparılması vacibdir. Ondan sonra orada normal həyat sürmək üçün şəraitin yaradılması məsələləri ilə bağlı olan addımların bir növ sülh planına daxil edilməsini mümkün hesab edərdik".XİN rəsmisi vurğulayıb ki, bu cür sülhpərəst addımlar şəraiti normallaşmağa yönəldə bilər: "Gələcək mərhələlərdə Azərbaycan əhalisi Dağlıq Qarabağa qayıtdıqdan sonra iki icmanın bir-biri ilə birgə yaşamasını yenidən öyrənməyə başlayacaqlar, əməkdaşlıq qurulacaq və o mərhələlərdən sonrakı siyası məsələlərin müzakirəsi mümkün olacaq. Əgər Ceyms Uorlik bunu nəzərdə tutursa, mən onunla razıyam".Xatırladaq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində qeyd etmişdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo getdikcə daha təhlükəli hal alır.

sia.az

Digər xəbərlər