Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Gürcüstanın ölkəmizdəki səfirliyində olub. Dövlətimizin başçısı Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin vəfatı ilə əlaqədar başsağlığı vermiş, matəm kitabına ürək sözlərini yazıb.